"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Təl-Əviv "Makkabi"si koronavirus testindən keçib. Matc.az xəbər verir ki, komandanın bütün futbolçularının testi neqativ nəticə verib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Təl-Əviv "Makkabi"si koronavirus testindən keçib. Matc.az xəbər verir ki, komandanın bütün futbolçularının testi neqativ nəticə verib.

Oyunçularla yanaşı, klub işçiləri də test veriblər. Onlardan birinin infeksiyaya yoluxduğu bildirilir. Karantindən yeni çıxan Daniel Perets, müdafiəçi Enrix Saborit, yarımmüdafiəçilər Dan Qlazer, Avi Rikan, Dor Perets və hücumçular Nik Blekmenlə Yonatan Kohen isə komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, "Makkabi" ilə "Qarabağ" arasında oyunlar oktyabrın 22-də Təl-Əvivdə, dekabrın 3-də isə Bakıda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest