05 Oktyabr 2020, 14:30
FUTBOL
UEFA Millətlər Liqasının IV turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasına yeni futbolçu cəlb olunub. Matc.az xəbər verir ki, AEK klubunda çıxış edən Tomas İoannu yığmaya dəvət olunub.
25 yaşlı müdafiəçi yığmaya gəlməkdən imtina edən İngiltərənin "Nottingem Forest" klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.
Qeyd edək ki, Kiprlilər oktyabrın 13-də isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.