Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də Yerevanda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub. Matc.az Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanın keçirilməsinə izin verməyib.
Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də Yerevanda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.
Matc.az Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanın keçirilməsinə izin verməyib.
UEFA bu oyunla yanaşı, Millətlər Liqasının III turunda Gürcüstanla oynayacağı ev matçı barədə yaxın günlərdə qərar qəbul edəcəyini bildirib. Görüşün neytral meydanda gerçəkləşəcəyi istisna olunmur.
Qeyd edək ki, Ermənistan - Gürcüstan oyunu oktyabrın 11-də keçiriləcək.