06 Oktyabr 2020, 09:20
FUTBOL
"Barselona" klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Matc.az xarici mətbuata istiandən xəbər verir ki, rəhbərlik futbolçulardan əmək haqlarının azaldılması ilə razılaşmağı xahiş edib. Həmçinin klubda bir çox oyunçuların müqavilələrinin müddətinin uzadılmasına da çalışılır.
Qeyd edək ki, 2019-cu il ərzində futbolçuların maaş xərcləri 545 milyon avro təşkil edib.