06 Oktyabr 2020, 10:05
FUTBOL
AFFA-nın sabiq texniki direktoru Bernhard Lippert Qana Futbol Assosiasiyasiasında eyni vəzifəyə təyin olunub.
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
Lippert məşqçi və məşqçi-müəllimlərin təlimatı sahəsində FIFA eksperti sayılır. 58 yaşlı mütəxəssis Azərbaycanda 2008-ci ildən çalışmağa başlayıb. O, U-17, U-19 və U-21 yığmalarının baş məşqçisi də olub.