UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının "Bidvest Uits" komandasında çıxış edən yarımmüdadfiəçi Rouen Hümanı transfer edib.

19 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Avropa Liqasının I qrupunda "Qarabağ" və "Makkabi" ilə yanaşı, İspaniya "Vilyarreal"ı və Türkiyə "Sivasspor"u da yer alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest