07 Oktyabr 2020, 16:05
FUTBOL
UEFA Millətlər Liqasının III turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyətində koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, futbolçulardan birinin testi müsbət çıxıb.
U-21 millisinin bir oyunçusunun da infeksiyaya yoluxduğu bildirilib. Hər iki futbolçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.
Qeyd edək ki, Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək.