08 Oktyabr 2020, 10:50
FUTBOL
Millimiz tsikldə 8-ci matçına Nitra şəhərində çıxacaq. Final mərhələsinə yüksəlmək şansları möcüzədən asılı olan Milan Obradoviçin yetirmələrinin xal itkisi olan-qalan ümidin də üstündən xətt çəkmiş olar.
"Bütün fikrimiz bu oyundadır". Matc.az xəbər verir ki, bu sözlər Slovakiyanın gənclər yığmasının müdafiəçisi Gergey Tummaya aiddir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Komandamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaq.
Millimiz tsikldə 8-ci matçına Nitra şəhərində çıxacaq. Final mərhələsinə yüksəlmək şansları möcüzədən asılı olan Milan Obradoviçin yetirmələrinin xal itkisi olan-qalan ümidin də üstündən xətt çəkmiş olar.
Bakıda komandamıza 1:2 hesabı ilə məğlub olan slovakiyalılar isə həm revanşı almaq, həm də turnir cədvəlində 4-cü pillədəki rəqibini geridə qoymaq arzusundadır.
Tumma Azərbaycan millisinin zəif rəqib olmadığını etiraf edib: "Rəqibin heyətində səviyyəli futbolçuların olduğunu, onların ikili mübarizələrdə sərt oynadıqlarını və düşünülmüş hücumlar etdiyini qeyd etmək lazımdır. Azərbaycan yığmasına yuxarıdan aşağı baxmırıq, amma 3 xal qazanmaq istəyirik".