08 Oktyabr 2020, 11:35
FUTBOL
"Barselona"nın kapitanı Lionel Messi qışda komandadan ayrıla bilər. Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, klub yaranan maliyyə problemlərinə görə oyunçu ilə vidalaşmağı düşünür.
Məlumata görə, argentinalı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi il sonunda başa çatır. Bu səbəbdən də rəhbərlik onun satışından qazanc əldə etmək niyyətindədir.
33 yaşlı hücumçu avqustda komandadan ayrılmaq istədiyini bildirmişdi. Lakin sözləşməsi davam etdiyi üçün "Barselona"da qalmalı oldu.
Qeyd edək ki, Messi ötən mövsüm 44 oyunda 31 qol vurub.