09 Oktyabr 2020, 09:08
FUTBOL
Dç-2022-nin seçmə mərhələsi çərçivəsində çili yığmasına qarşı fərqlənən Uruqvay millisinin hücumçusu Luis Suares statistik nailiyyət qazanıb.
Matc.az xəbər verir ki, forvard 22-ci qolunu vurmaqla Cənubi Amerikanın dünya çempionatında seçmə matçlarının ən yaxşı bombardir olub.
O, bu göstəricidə aktivində 21 qolu olan Argentina yığmasının hücumçusu Messini qabaqlayıb.
Qeyd edək ki, 33 yaşlı uruqvaylı hücumçu cari transferlə Madrid "Atletiko"suna keçib.