"Neftçi"nin də maraq dairəsində olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynov gələcək karyerası ilə bağlı qərarını verib. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ölkəsində qalacaq.

"Levski" (Sofiya) klubu ilə müqaviləsi başa çatan oyunçu komandası ilə sözləşmə yeniləyib. O, mövsümün sonuna qədər Sofiya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Martin Raynov ötən ilin əvvəlindən "Levski"də forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest