09 Oktyabr 2020, 11:26
FUTBOL
"Ola bilsin çıxışım baş məşqçinin tələb etdiyi səviyyədə deyil. Ancaq etiraf edirəm ki, təklif gözləyirdim"
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Mali və Qətərlə yoldaşlıq oyunları üçün Qana milli komandaya çağırılmamasına münasibət bildirib.
Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu "Hot 93.9" radiosuna müsahibəsində baş məşqçi çarlz Akonnorun qərarının özü üçün gözlənilməz olduğunu söyləyib.
"Ola bilsin çıxışım baş məşqçinin tələb etdiyi səviyyədə deyil. Ancaq etiraf edirəm ki, təklif gözləyirdim. çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı Akonnorla bu barədə söhbətimiz olmuşdu".
Qeyd edək ki, Kvabena Ovusu bu ilin yanvarından "Qarabağ"da çıxış edir.