"Lixtenşteynlə matçın ikinci hissəsini aşağı səviyyədə keçirdik. Azərbaycan və Gürcüstana qarşı son oyunlarda da belə olmuşdu".
"3 xal qazanmaq və yaxşı oynamaq vacib idi. Birinci hissədə vurduğumuz qollar bizi qələbəyə daşıdı".
Matc.az xəbər verir ki, bu sözləri Fransanın U-21 yığmasının futbolçusu Matteo Qenduzi Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə keçirilən oyunu (5:0) dəyərləndirərkən deyib.
Qenduzi sentyabrın 7-də Sumqayıtda Azərbaycan yığması üzərində qazanılan qələbəyə (2:1) də toxunub:
"Lixtenşteynlə matçın ikinci hissəsini aşağı səviyyədə keçirdik. Azərbaycan və Gürcüstana qarşı son oyunlarda da belə olmuşdu. Həmin görüşlərdə ilk hissəni yaxşı keçirsək də, fasilədən sonra arxayınlaşmışdıq. Bu yaxşı hal deyil. Ancaq indi nunları unudub Slovakiya ilə oktyabrın 12-də keçirəcəyimiz görüşə hazırlaşmalıyıq".
Qeyd edək ki, Fransa ilə Azərbaycan yığmaları arasında qrup mərhələsində keçirilən hər iki oyunda rəqib qələbə qazanıb (5:0, 2:1).