"Rəqibə çoxlu şans vermədik. Müdafiə olunduq və bütün boş sahələri bağladıq. Müdafidə güclü olmasaydıq, uduza da bilərdik.

"Asan oyun olmadı. Qələbə qazandığımız üçün xoşbəxtik. 3 xala görə məmnunuq".

Matc.az xəbər verir ki, bu sözləri Slovakiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının müdafiəçisi İvan Mesik Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Danimarkanın "Norşellan" klubunda çıxış edən 19 yaşlı oyunçu daha sonra belə davam edib: "Rəqibə çoxlu şans vermədik. Müdafiə olunduq və bütün boş sahələri bağladıq. Müdafidə güclü olmasaydıq, uduza da bilərdik. Məşqçilər hücumdan qorxmamağı tapşırır. Mən də bu tapşırığı yerinə yetirirəm".

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan yığması AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest