"Milan" klubu qapıçısı Canluici Donnarumma ilə müqavilə yeniləmək niyyətindədir. Matc.az "Corriere della Sera" nəşrinə istiandən xəbər verir ki, rəhbərlik futbolçunun agenti ilə danışıqları davam etdirir.

Məlumata görə, italiyalı qolkiperin maaşında artım olacaq. Klub rəhbərliyi ona 2 illik müqavilə və 7-8 milyon avro əmək haqqı təkif edib.

Qeyd edək ki, Donnarummanın A Seriyası təmsilçisi ilə müqaviləsi gələn il başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest