​"Qrup lideri olsaq da, bununla kifayətlənmək olmaz. Çünki bizi qarşıda çətin oyunlar gözləyir. Bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik"

"Millətlər Liqasına yaxşı başlamışıq. Bunu sona qədər davam etdirmək istəyirik".

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının futbolçusu Aleksandar Bolyeviç Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib. 25 yaşlı oyunçu sabahkı görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"Qrup lideri olsaq da, bununla kifayətlənmək olmaz. çünki bizi qarşıda çətin oyunlar gözləyir. Bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik. Bu üzdən meydana 3 xal üçün çıxacağıq. Kipr və Lüksemburqa qarşı matçlarla müqayisədə indi daha yaxşı formadayıq".

Qeyd edək ki, sabah keçiriləcək Monteneqro - Azərbaycan matçı Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest