10 Oktyabr 2020, 12:06
FUTBOL
"Real" bir neçə təcrübəli oyunçuları ilə müqavilə yeniləmək niyyətindədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik Serxio Ramos və Luka Modriçə yeni sözləşmə təklif etməyə hazırlaşır.
Məlumata görə, hər iki oyunçunun da müqaviləsi 2021-ci ildə sona çatır. Bu səbəbdən də prezident Florentino Peres iki futbolçu ilə də yaxın vaxtda görüşəcək və onları komandada saxlamağa çalışacaq.
Ramos və Modriçə təklif ediləcək yeni müqavilənin müddəti haqda məlumat verilməyib.