10 Oktyabr 2020, 14:19
FUTBOL
"Roma"nın forvardı Edin Ceko klubla müqavilənin uzadılması barədə danışıq aparır. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bosniyalı futbolçuya 2023-cü ilə qədər yeni sözləşmə təklif edib.
İtaliya mətbuatı Cekonun "Roma"dan ayrılacağını iddia edirdi. Lakin hücumçu son anda komandada qaldı. Onunla "Yuventus"un ciddi şəkildə maraqlandığı bildirilir.
Hazırda "Roma" rəhbərliyi təcrübəli forvardı klubda saxlamağa çalışır.
Qeyd edək ki, Cekonun "canavarlar"la müqaviləsi 2022-ci ildə başa çatır. O, bu mövsüm A Seriyasında iki oyun keçirib.