12 Oktyabr 2020, 10:14
FUTBOL
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq oyunçusu İbrahim Şehiç də biganə qalmayıb.
Matc.az xəbər verir ki,Türkiyənin "Konyaspor" komandasında çıxış edən bosniyalı qapıçı bununla bağlı feysbuk səhifəsində paylaşım edib. O, "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Şehiç 2015-18-ci illərdə "Qarabağ"da çıxış edib.