Portuqaliya yığmasının qapıçısı Ruy Patrisiu Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi zədələnib. Matc.az xəbər verir ki, "Vulverhempton"un şərəfini qoruyan qolkiper İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul"la görüşdə meydanı xərəkdə tərk edib.  

86-cı dəqiqədə "Vulverhempton"un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Bu səbəbdən oyun 14 dəqiqə dayanıb.  

Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest