"Sabah" qısa fasilədən sonra məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi artıq növbəti oyun üçün hazırlığa başlayıb.
 
Qeyd edək ki, "Sabah" bu müddətdə yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda martın 28-də "Sumqayıt"la qarşılaşacaq. Görüş "Bank Respublika Arena"da, saat 16:00-da start götürəcək.
 
Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. "Sabah" çempionatda növbəti oyununu aprelin 4-də evdə "Qəbələ"yə qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest