"Portuqaliya ilə oyununu izləmişəm, ilk hissədə zəif çıxış etdik. Bunun bir çox səbəbi ola bilər. İlk səbəb rəqibin adlı-sanlı Portuqaliya olması idi"

Azərbaycan millisi bu gün axşam beynəlxalq yoldaşlıq oyununda Macarıstansa Qətərlə üz-üzə gələcək. Bu görüşlə bağlı millimizin sabiq yarımmüdafiəçisi, "Səbail"in kapitanı Rahid Əmirquliyev açıqlama verib. Təcrübəli futbolçu görüşün vacib olduğunu bildirib: "Düzdür, yoxlama oyunudur.  Lakin millimiz üçün hər bir matç önəmlidir. Onlara uğurlar arzu edirəm. Qətərin son oyunlarını izləməmişəm. Sonuncu dəfə millinin sabiq baş məşqçisi Robert Prosneçkinin zamanında onlarla qarşılaşmışdır və   2:1 hesabı ilə qalib gəlmişdik. O görüşdə Qətər pis təsir bağışlamamışdı. Əlbəttə, o vaxtdan bu günə çox şey dəyişib. Eşitdiyimə görə, Qətər çox inkişaf edib. Düşünürəm ki, bu görüş bizim üçün asan olmayacaq. Buna baxmayaraq, qalib gələ bilərik".
 
Əmirquliyev millimizin Portuqaliyaya qarşı Dç-2022-nin seçmə mərhələsindəki oyunundan (0:1) da danışıb: "Portuqaliya ilə oyununu izləmişəm, ilk hissədə zəif çıxış etdik. Bunun bir çox səbəbi ola bilər. İlk səbəb rəqibin adlı-sanlı Portuqaliya olması idi. Fərdi bacarığa malik futbolçuları var. Ona görə çətin oyun keçdi, həyacan da var idi. Amma ikinci hissədə komandamız bir az özünü yaxşı tərəfdən göstərə bildi. Ən azı top bizdə qalırdı, hücum edirik. Futbolçularda özünəinam yarandı, əsas odur məğlub olmaq istəmirdilər. Portuqaliya hər bir göstəricidə bizi üstələdi ki, bu da gözlənilən idi. Hesab böyük ola bilərdi. Qapıçımızın sayəsində 1:0 bitdi. Şahruddin yaxşı çıxış etdi. Komandamızın ilk oyun idi. İnanıram ki, bundan sonra yaxşı çıxıb edib qələbələr qazanacaqlar". qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest