"Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim". Matc.az xəbər verir ki, bunu millimizin baş məşqçisi Canni de Byazi deyib.
Azərbaycan yığması bu gün Qətərlə yoldaşlıq görüşü keçirib. 1:2 hesabı ilə uduzduğumuz oyundan sonra təşkil olunan mətbuat konfransında italiyalı çalışdırıcı bildirib ki, komanda ilk hissə yaxşı çıxış etsə də, fasilədən sonra zəif oynadı: "Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar".
Byazi vurğulayıb ki, ikinci hissədə komandamız fiziki cəhətdən geri qalıb: "Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü".