"Bəli, nəticədən razıyam, nəticə realdı. Qalib gələcəyimizə həqiqətən inandım. 0:2-dən sonra dönüş yaratdıq. Fasilədə tam sakit idim. Futbolçulara yalnız məğlubiyyətdən qaça biləcəyimizi deyil..."

"Maraqlı qarşılaşma oldu. İlk hissə Portuqaliyaya, ikinci hissə bizə məxsusdu". Matc.az xəbər verir ki, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç deyib.

Serbiya millisi Dç-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan görüşdən sonra Stoykoviç oyunla bağlı fikirlərini açıqlayıb: "Bəli, nəticədən razıyam, nəticə realdı. Qalib gələcəyimizə həqiqətən inandım. 0:2-dən sonra dönüş yaratdıq. Fasilədə tam sakit idim. Futbolçulara yalnız məğlubiyyətdən qaça biləcəyimizi deyil, onları məğlub edə biləcəyimizi söylədim. Hesab bizi ruhlandırır. Unutmayın, dünyanın ən yaxşı komandalarından biri haqqında danışırıq. Onlar Avropa çempionlarıdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest