"Serbiya - Portuqaliya qarşılaşmasına baxdım və əsəbiləşdim. Portuqaliyalılar daha yaxşı oynadı. Onlar qələbəyə layiq idilər". Matc.az xəbər verir ki, bunu sabiq serbiyalı futbolçu Milan Zivadinoviç deyib.
Milli komandanın Dç-2022-nin seçmə mərhələsindəki çıxışına toxunan "Srvena Zvezda"nın keçmiş futbolçusu bildirib ki, Serbiyanın Portuqaliya ilə görüşdə bəxti gətirdi: "Portuqaliya Ronaldonun sayılmayan qoluna görə FİFA-ya şikayət etsə təəccüblənmərəm. İrlandiyanı məğlub etdik, Portuqaliya ilə bərabərə qaldıq. Məni indi ən çox Bakıda keçiriləcək oyun qorxudur".
Onun sözlərinə görə, Serbiya yığmasının problemi İrlandiya və ya Portuqaliya deyil: "Problemimiz irlandlar və ya portuqaliyalılar deyil. Bizim problem Lüksemburq və Azərbaycan yığmalarıdır. çünki daha güclü rəqibə qarşı oynayanda, heç vaxt motivasiya əskik olmur. İfadəmə görə məni bağışlayın, zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq. 4 xal qazandıqdan sonra hər şeyin yaxşı olduğunu düşünürük. Dünya çempionatında olmaq istəyiriksə, oyunu yaxşılaşdırmalıyıq. Bakıda asan olmayacaq, inanın".