İndidən bunun cədvəldəki mövqeyə necə təsir edəcəyini demək çətindi. Çünki, sıralamada milliyə qonşu olan komandaların nəticələri də önəmlidi. Ancaq güman ki, belə xal itkisi bir neçə pillə geriləməyə səbəb olacaq.
Portuqaliya və Qətərə məğlubiyyətlər Azərbaycan millisinin FİFA reytinqinə mənfə təsir göstərəcək. Matc.az xəbər verir ki, son cədvəldə 1180 xalla dünyanın 108-cisi olan yığmanın xal aktivi azalıb. Portuqaliya ilə görüş (0:1) 3,4, Qətərlə oyun (1:2) 3 xalın silinməsinə səbəb olub. Beləliklə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv ardıq 6,4 xal itirib.
İndidən bunun cədvəldəki mövqeyə necə təsir edəcəyini demək çətindi. çünki, sıralamada milliyə qonşu olan komandaların nəticələri də önəmlidi. Ancaq güman ki, belə xal itkisi bir neçə pillə geriləməyə səbəb olacaq.
Yığmanın vəziyyətini yaxşılaşdırmaq üçün yeganə şansı Serbiya ilə görüşdü. Millimiz keçmiş yuqoslaviyalılara qalib gəlsə, aktivini 19,4 xal artıracaq. Bakıda heç-heçə 6,9 xallıq qazanc anlamına gələcək. Məğlubiyyət isə 5,6 xalın silinməsi demək olacaq.