Panadero 2020-ci ilin avqustundan "Kadis"də çıxış edib. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi "Ponferradina"da keçirib.

"Qarabağ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi "Kadis"dən Qaspar Panadero Samoranı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Panadero 2020-ci ilin avqustundan "Kadis"də çıxış edib. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi "Ponferradina"da keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest