"Sabah" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Masazır təmsilçisi vaxtilə "Barselona"da oynamış Kristian Sebalyosla güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında "11" nömrəli formanı geyinəcək.
Sebalyos "Barselona" (U-19) ilə yanaşı, "Tottenhem"də (2011-2013) də forma geyinib. O, digər İngiltərə təmsilçisi "çarlton", Portuqaliyanın "Aroka", Belçikanın "Sent Truden" klublarında çıxış edib. Futbolçu son mövsümü "Qətər" klubunda keçirib.