Peşəkar Futbol Liqası "Səbail"in legioneri Nikolas Rayselin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının IX tur oyununda (2:0) qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb. Matc.az xəbər verir ki, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdiyə kəllə atması əksini tapıb.
 
63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı forvard Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib.
 
Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Fransalı futbolçu bu addımı ilə həmyerlisi Zinəddin Zidanın Dç-2006-nın final matçındakı hərəkətini təkrarlayıb. Fransa millisinin sabiq yarımmüdafiəçisi olan Zidan İtaliya ilə həmin oyun zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest