"Napoli" İtaliya A Seriyasının 11-ci turunda "Salernitana"nı məğlub edib – 2:1. Matc.az xəbər verir ki, Neapol təmsilçisi bu mövsüm çempionatda keçirdiyi 11 oyunun 10-unda qələbə qazanıb. Komanda hazırda A Seriyasında liderdir.
 
"Napoli" tarixində 2-ci dəfə ilk 11 oyunun 10-da qələbə qazanıb. Komanda daha əvvəl 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest