Türkiyənin "Qalatasaray" klubu 3 futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Taylan Antalyalı, müdafiəçi Kristian Luyindama və qapıçı İsmail çipe ilə sözləşməsinin müddətini uzadıb.
 
Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Anlaşmaya əsasən, Antalyalı 2026-cı, Luyindama 2024-cü, çipe isə 2023-cü ilin yayınadək "sarı-qırmızılı" formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest