"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var.
 
Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərməyə çalışacağıq.
 
Azərbaycan millisi ilə "Qarabağ"dakı çıxışlarımı ayırmaq istərdim. "Sabah "Qarabağ"ın oyunu olacaq. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur.
 
Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik. Sonrasının necə olacağına baxacağıq. Əsas məsələ son 2 matça konsentrasiya olunmaqdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest