Bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Milliyə dəvət alanlar arasında "Zirə"nin hücumçusu Davit Volkov da var. Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 27 yaşlı forvard ikinci dəfədir milliyə çağırılır.

Futbol üzrə Gürcüstan millisinin Bosniya və Herseqovina və Albaniya ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyol 23 futbolçuya dəvət göndərib.
 
Bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Milliyə dəvət alanlar arasında "Zirə"nin hücumçusu Davit Volkov da var. Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 27 yaşlı forvard ikinci dəfədir milliyə çağırılır.
 
Gürcüstan seçməsi martın 25-də Bosniya və Herseqovina, 4 gün sonra isə Albaniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest