08 May 2025, 15:51
FUTBOL
"Qalatasaray" qapıçısı Günay Güvençi komandada saxlamaq istəyir.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu türk qolkiperin 2026-cı ilin yayında başa çatan müqaviləsinin müddətini uzadacaq. Artıq Günayla razılıq əldə olunub.
33 yaşlı "əlcək sahibi" ilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Günay Güvenç 2023-cü ilin avqust ayında "Qalatasaray"a transfer olunub. Təcrübəli qapıçı bu mövsüm "sarı-qırmızıla"ın heytində 12 oyunda iştirak edib.