Leandro Andrade Peşəkar Futbol Liqasının iştirak ərizəsində Portuqaliya vətəndaşı kimi göstərilib

"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo-Verde millisinə dəvət alıb. Matc.az xəbər verir ki, hər iki oyunçu Qvadelupa, Lixtenşteyn və San Marino ilə yoldaşlıq oyunları üçün komandaya cəlb edilib.
 
L. Andrade ilk dəfə dəvət alıbsa, P. Andrade 2020-ci ildən yığmanın formasını geyinir.
 
Leandro Andrade Peşəkar Futbol Liqasının iştirak ərizəsində Portuqaliya vətəndaşı kimi göstərilib.
 
Qeyd edək ki, Kabo-Verde yoldaşlıq oyunlarını müvafiq olaraq, martın 23-də Fransada, martın 25-də və martın 28-də İspaniyada keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest