Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçiriləcək. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis  martın 22-də saat 15:30-da Bakı Olimpiya Stadionunda media nümayəndələrinin suallarını cavablandıracaq. 
 
Bundan 30 dəqiqə sonra isə milli komandamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.  
 
Qeyd edək ki, millimiz beynəlxalq yoldaşlıq oyunları çərçivəsində martın 25-də Malta, 29-da isə Latviya komandası ilə qarşılaşacaq. Hər iki oyun Maltada, "National Stadium"da keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest