"Yuventus"un keçmiş futbolçusu Patris Evra komandanı "Vilyarreal"a məğlubiyyətə görə tənqid edib. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sabiq müdafiəçi, "Yuventus"un oyununa görə məyus olduğunu bildirib:
 
"Yuventus"un göstərdiyi oyundan çox məyus oldum. Deyəsən, baş məşqçi Massimiliano Alleqri sahib olduğu futbolçularla "möcüzələr" yaradır. Komandanın yüksək potensialı yoxdur, xüsusən də, yarımmüdafiədə.
 
Vaxtı ilə "Yuventus"da orta sahədə Markizio, Arturo Vidal, Andrea Pirlo oynayırdı. İndi isə mərkəzdə Arturdur. O, oyunu dəyişə bilən bir ötürmə belə, etməyib. Artur komandada fərq yaradan futbolçu deyil".
 
"Yuventus" çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Vilyarreal"a 0:3 hesabı ilə (ilk oyun 1:1) uduzaraq, turniri tərk edib.
 
Evra "Yuventus"da 2014-2017-ci illərdə forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest