Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Vilyarreal"ının qapıçısı Xeronimo Rulyi layiq görülüb.
 
30 yaşlı argentinalı qolkiper İtaliyada "Yuventus"a 3:0 hesabı ilə qalib gəldikləri oyunda 5 seyvlə yadda qalıb. Onun komandası isə bu darmadağın sayəsində 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı – 1:1.
 
Xatırladaq ki, çL-də həftənin ən yaxşısı adına Darvin Nunyes ("Benfika", Portuqaliya), Koke ("Atletiko", Madrid, İspaniya) və Kristian Pulişiç ("çelsi", İngiltərə) də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest