"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Qarşıdakı yoxlama görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq"

Futbol üzrə Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoxlama oyunlarından öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bunları söyləyib:
 
"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Qarşıdakı yoxlama görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq. ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır".
 
Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest