Futbol üzrə Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – "Turan" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Kaspi Aktau" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Turan" hazırda 1 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest