"Barselona"nın futbolçuları Jerar Pike və Serjino Dest Avropa Liqasının 1/8 final mərhələsinin "Qalatasaray"la oyununda (3:1) zədələniblər. Matc.az xəbər verir ki, Dest matçın 56-cı dəqiqəsində əvəzlənib.
 
Onun budunun arxa əzələləri zədələnib. Cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və iki gün sonra keçiriləcək "el klasiko"da iştirak etməyəcəyi bildirilib. 
 
Pike isə 81-ci dəqiqədə narahatlıq hiss edərək meydanı tərk edib. Onun "Real"la oyunda iştirakı sual altındadır.
 
Martın 20-də keçiriləcək "Real" – "Barselona" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest