Futbol üzrə Niderland millisinin baş məşqçisi Lui van Qal Dç-2022-nin Qətərdə keçirilməsini tənqid edib. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, bunun FİFA tərəfindən verilən yanlış qərar olduğunu deyib:
 
"Hamı bilir ki, mən bunun gülünc olduğunu düşünürəm. FİFA-nın dediyi kimi, orada futbolu yaxşılaşdırmaq üçün oynamağımız gülməlidir. Bu, cəfəngiyyatdır.
 
Bu ölkədə necə turnir təşkil edirsiz? Amma fərq etməz. Söhbət puldan, maliyyə maraqlarından gedir. Bu, FİFA-nın əsas motividir".
 
Dç-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Niderland yığması turnirə vəsiqə qazanıb. Lui van Qalın komandası seçmə mərhələdə G qrupunda birinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest