Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.

Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb. Matc.az xəbər verir ki, veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.
 
Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
 
Xatırladaq ki, Kamran Ağayev 2008-2018-ci illər aralığında Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest