İspaniyanın "Barselona" klubu İtaliya təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Frank Kessyeni transfer edib. Matc.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, Kataloniya klubu Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik ilkin müqavilə imzalayıb. 25 yaşlı oyunçu yeni komandasına cari mövsümün sonunda azad agent kimi keçəcək. O, "Barselona"da ilinə 6.5 milyon avro maaş alacaq.
 
Frank Kessye 2017-ci ildən "Milan"da çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 30 matça çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest