UEFA maliyyə feyr-pley qaydalarında dəyişiklik etməyi planlaşdırır. Matc.az "New York Times"a istinadən xəbər verir ki, yeni layihə qəbul olunarsa, klublar son üç mövsümdə bütün gəlirlərinin 70 faizə qədərini futbol komponenti ilə bağlı məsələlərə xərcləyə biləcəklər.
 
Bundan başqa, futbolçuların maaş həddinin ləğv edilməsi də təklif edilir. Xəbərdə həmçinin, bildirilir ki, Avropa əmək qanunvericiliyinə görə belə qaydaların tətbiqi praktiki olaraq mümkün deyil.
 
Bu təkliflər qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyun ayının 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest