"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməkdən narahat olduğunu etiraf edib. Matc.az "Football İtalia"ya istinadən xəbər verir ki, isveçli futbolçu, karyerasını bitirmək haqda düşünərkən həyəcanlandığını bildirib:
 
"Karyeramı bitirməyi düşünəndə bir az təşvişə düşürəm. Nəticələr qazanarkən və əylənərkən mümkün qədər oynamağa davam edəcəm. Karyeramı peşman olmadan bitirmək istəyirəm. Ona görə də, vaxtımdan mümkün qədər səmərəli istifadə etməliyəm"
 
40 yaşlı isveçli futbolçu bu mövsüm A Seriyasında 18 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest