Futbol üzrə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək. O, UEFA və FİFA-nın Rusiyada çıxış edən oyunçularla bağlı çıxardığı xüsusi güzəşt qərarından istifadə edərək Batumi "Dinamo"suna keçib. Gürcüstan klubu onunla yanaşı, Zuka Davitaşvilini də heyətinə qatıb.
 
Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest