İtaliyanın "İnter" klubu yarımmüdafiəçisi Marselo Brozoviçlə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu ilə 2026-cı ilədək sözləşmə imzalanıb. 
 
Brozoviç 2015-ci ildən "İnter"də oynayır. Təcrübəli oyunçu həmin vaxt Zaqreb "Dinamo"sundan 5 milyon avro qarşılığında İtaliya klubunda transfer edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest