UEFA Rusiya Futbol İttifaqının (RFS) 2028 və ya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi ilə bağlı müraciətini rədd etməyə çalışır. Matc.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Qitə futbol qurumunun rəhbərliyi məsələ ilə bağlı təcili toplantı keçirmək niyyətində olduğu bildirilir. Hazırda ərizənin rədd edilməsi ilə bağlı addımlar artıq işlənmə mərhələsindədir.
 
Xatırladaq ki, Rusiya həm Aç-2028, həm də Aç-2032-yə ev sahibliyi üçün müraciət ünvanlayıb. Aç-2028-i keçirməyə Türkiyə də iddialıdır. İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya da sözügedən Avropa çempionatını təşkil etmək üçün birgə namizədliyini irəli sürüb. Aç-2032-ni keçirmək üçün Rusiya ilə yanaşı Türkiyə və İtaliya müraciət edib. Yarışlarla bağlı qərar 2023-cü ilin sentyabrında açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest