"Maçester Yunayted"in qapıçısı Pol Vulston karyerasını başa vurub. Matc.az Mançester klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu zədə səbəbindən karyerasını bitirməli olub.
 
Pol zədə problemlərindən qurtulmaq üçün iki dəfə əməliyyat olunsa da, bu, onun yaşıl meydanlara qayıtmasına kömək etməyib.
 
Vulston 2018-ci ildə "qırmızı şeytanlar"a keçib və U-23 komandasında çıxış edib. O, əsas komandada debüt etməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest